Haqqımızda
Mirror Studio 2015-ci ildə peşəkar dizayner Samir Abdullayev tərəfindən təsis edilib. Studiya olaraq məqsədimiz müasir dizayn yanaşmalarını strateji düşüncə və funksional həllərlə birləşdirərək dəyər yaradan məkanlar formalaşdırmaqdır. 10 ildən artıqdır ki, yerli və beynəlxalq böyük şirkətlərlə uğurlu əməkdaşlıqlar qurur, yaşayış və kommersiya layihələrinə imza atırıq. Hər bir layihədə funksionallıq, istifadəçi təcrübəsi və uzunmüddətli dəyər əsas prioritetlərimizdir. Mirror Studio -konseptdən icraya qədər etibarlı tərəfdaş, keyfiyyətə və zamansız dizayna sadiq dizayn studiyasıdır. CEO/Founder Samir Abdullayev - Mirror Studio-nun təsisçisi və CEO-su, baş dizayneridir. Dizayn sahəsində 10 ildən artıq təcrübəyə malikdir. O bir çox beynəlxalq sərgi və dizayn tədbirlərində iştirak etmişdir. Eyni zamanda gənc dizaynerlərə mentorluq edir və peşəkar dizayn təlimləri keçir. Samir Abdullayev üçün dizayn — funksionallıq, keyfiyyət və uzunmüddətli dəyərin balansıdır.